Neft bahalaşıb

Birja

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin noyabr müqaviləsinin dəyəri 0,36% artaraq 1 barelə görə 41,59 dollar təşkil edib.

AzNews.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında oktyabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,48% artaraq 39,50 dollar təşkil edib.