Latviya ticarət nişanları tərəfindən Latviya ticarət nişanları tərəfindən

Azərbaycan “Ağdam” adının istifadəsinə etiraz etdi

Latviya ticarət nişanları tərəfindən

Ötən il Azərbaycanın beynəlxalq əlaqələr sisteminin inkişafı ilə əlaqədar aparılan işlər çərçivəsində Əqli mülkiyyət Agentliyi həmçinin Avropa Komissiyası tərəfindən təqdim edilən “Azərbaycan Respublikası və Avropa İttifaqı arasında Strateji Tərəfdaşlıq haqqında Saziş” layihəsinin iqtisadi bloku üzrə İşçi qrupun üzvü qismində sənədin “Ticarət, sərmayə, enerji ticarəti məsələləri” hissəsinin “Əqli mülkiyyət” fəslinin müvafiq müddəalarının mətnlərinin razılaşdırılması prosesinə cəlb olunub.

AzNews.az xəbər verir ki, bu çərçivədə agentliyin nümayəndələri Avropa Komissiyasının aidiyyəti nümayəndələri ilə mütəmadi olaraq müxtəlif formatlı, o cümlədən video konfranslar vasitəsi ilə və onlayn rejimdə aparılan müzakirələrdə, həmçinin danışıqlar zamanı ölkəmizin vahid mövqeyinin formalaşdırılması ilə bağlı İqtisadiyyat Nazirliyi tərəfindən keçirilən tədbirlərdə iştirak ediblər.

Ticarət, iqtisadi və əlaqədar hüquqi məsələlər üzrə Avropa İttifaqı-Azərbaycan alt komitəsinin ötən ilin fevralın 17-də Brüssel şəhərində keçirilən 17-ci iclasında əqli mülkiyyət hüquqlarını pozan mallara və saxta məhsullara qarşı sərhəd nəzarətinin gücləndirilməsi, tükənmə rejimi ilə bağlı qaydaların müəyyənləşdirilməsi müzakirələr predmeti olub.

Agentliyin nümayəndəsi həmçinin “Ağdam” coğrafi adının Latviya ticarət nişanları tərəfindən istifadə edilməsinə etirazını bildirib.