Ekspert: "Azərbaycan yaşıl enerjini 30-40%-ə qədər artırmağı planlaşdırır"

“Azərbaycanın bərpa olunan enerji ehtiyatı ölkə prezidentinin müxtəlif forumlarda elan etdiyi 200 kilovata qədər günəş enerji potensialına sahibdir. Bunun 167 giqavata qədəri Xəzər dənizi üzərindədir, qalan enerji potensialı isə ölkənin quru ərazisindədir”.

Bu sözləri AzNews.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli bildirib.

İqtisadçının sözlərinə görə, Azərbaycan ötən il ərzində imzaladığı layihələr əsasında hazırda 700 meqavat bərpa olunan olunan enerjinin istehsalını planlaşdırır: “Bu mövzuda əsasən 3 şirkətlə - “BP”, Birləşmiş Ərəb Əmirliklərinin “Mastar”, Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətləri ilə əməkdaşlıq edilir. Sözügedən şirkətlərlə layihələr imzalanıb. Bundan əlavə Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliyinə səfəri zamanı Azərbaycan “Mastar” şirkəti ilə müqavilələr imzalayıb. 20 Qvt kimi Günəş və hidrogendən enerji istehsalı ilə bağlı razılaşmaları var. 2022-ci ilin sonlarında Azərbaycan Rumıniya, Macarıstan, Gürcüstanın iştirakı ilə sənəd imzaladı. Sənədlərdə nəzərdə tutulur ki, Gürcüstan üzərindən keçməklə Qara dənizin dibi ilə kommunikasiya xətləri, elektrik kabelləri çəkilsin. Nəticədə 3-4 Qvt elektrik enerjisi bərpa olunan mənbələr əsasında yaşıl enerjini Gürcüstana, Macarıstana və Avropaya ixrac olunacaq”.

O həmçinin qeyd edib ki, bununla bağlı imzalanan müqaviləni Azərbaycan “Mastar” şirkəti ilə həyata keçirməyi planlaşdırır: “Azərbaycanda hazırda yaşıl mənbələr əsasında istehsal olunan enerjinin həcmi ümumi elektrik enerjisinin timsalında 4-5%-i təşkil edir. Bunu Azərbaycan yaxın dövrdə 30-40%-a qədər artırmağı nəzərdə tutur. Enerjinin əsas hissəsinin də ixracı planlaşdırılır”.

Ayan Rzayeva