Nazpəri Dostəliyeva Zahid Sabirabadlının ailəsinə 5 min manat yardım edib Nazpəri Dostəliyeva Zahid Sabirabadlının ailəsinə 5 min manat yardım edib

5 min manatı o göndəribmiş - Məlum oldu

Nazpəri Dostəliyeva Zahid Sabirabadlının ailəsinə 5 min manat yardım edib

Mərhum klarnet ifaçısı Zahid Sabirabadlının evinin satışa çıxarılmaması üçün 5 min manat pul yardım edən ailənin kimliyi məlum olub.

AzNews.az xəbər verir ki, xalq artisti Nazpəri Dostəliyeva “Bizimləsən” verilişi vasitəsi ilə mərhumun həyat yoldaşına 5 min manat pul göndərib. Pulu verilişə sənətçinin nəvəsi Nazpəri gətirib.

Qeyd edək ki, mərhum sənətkar Zahid Sabirabadlı sağlığında ipoteka krediti ilə ev alıb. Onun 27 mini ödənilsə də 13 min manatı ödənilməmiş qalıb. Bank qalan vəsaitin ödənilməsi üçün mərhumun ailəsinə bir ay vaxt qoyub.

Bahar RÜSTƏMLİ
AzNews.az