Hadisə Uludağda qeydə alınıb. Hadisə Uludağda qeydə alınıb.

Məşhur aparıcının keçmiş əri saxlanıldı - borcu var imiş

Hadisə Uludağda qeydə alınıb.

Türkiyəli aparıcı Özlem Yıldızın keçmiş əri Sinan Serter Uludağda saxlanılıb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, aparıcı Özlem Yıldızın 8 il evli olduğu keçmiş əri Sinan Serter 12 yaşlı oğlu ilə Uludağda istirahət edərkən borcları səbəbi ilə polislər tərəfindən saxlanılıb.

Hadisənin ardından Özlem Yıldız İstanbuldaki işlərini yarımçıq qoyaraq Uludağa 12 yaşlı oğlunun yanına yollanıb.

Qeyd edək ki, Özlem Yıldız və Sinan Serter 8 illik evliliklərini 2013-cü ildə sonlandırıb. Onların bu evlilikdən 12 yaşlı Demir adlı oğulları var.

Nigar CƏFƏR

AzNews.az