"Bir müddət o formada yatmaq olmaz”. "Bir müddət o formada yatmaq olmaz”.

Doğuşa nə olub? - "o formada yatmaq olmaz"

"Bir müddət o formada yatmaq olmaz”.

Türkiyəli məşhur müğənni Doğuşun şəkilləri media gündəmini zəbt edib.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, saç əkdirən məşhurlar karvanına qatılan Doğuşun yeni şəkli insanların təəccübünə səbəb olub. Şəkildə gözlərinin altı qara olan Doğuşun qaş əkdirdiyi də iddia olunub.

Müğənni Kanal D-də yayımlanan “2.Sayfa” verilişinə zəng edərək haqqında çıxan iddialara cavab verərək “Bəli, saç əkdirmişəm, amma qaş əkdirməmişəm. Gözümün altının qaralmasının səbəbi isə saç əkdirdikdən sonra əyilib yatmağımdır. Bunu saç əkdirənlər bilir ki, bir müddət o formada yatmaq olmaz” deyib.

Qeyd edək ki, Doğuş azərbaycanlı aparıcı Xoşqədəm Baxşəliyeva ilə 2014-cü ildə evlənib. Onların bu evlilikdən əkiz oğulları var.

Nigar CƏFƏR

AzNews.az