Elarizin Amerikadan görüntüləri yayıldı - VİDEO

Müğənni "Amerika məclisi"ində əcnəbiləri Azərbaycan mahnıları ilə əyləndirir.

Müğənni Elariz Məmmədoğlu ABŞ-da işə düzəldiyi restoranda Azərbaycan dilində mahnı oxuyur.

AzNews.az xəbər verir ki, o, sosial şəbəkədə “Kavkazkiy Dvorik” restoranından video paylaşıb. Sənətçi həmin videonun altından “Amerika məclisi” qeydini yazıb.

Müğənni restorana gələn əcnəbiləri repertuarında yer alan Azərbaycan mahnıları ilə əyləndirir.

Sosial şəbəkə izləyiciləri Elariz Məmmədoğlunu dəstəkləyib və Azərbaycan mahnılarını oxuduğuna görə ona təşəkkür edib.

Bahar RÜSTƏMLİ

AzNews.az