Xalq artisti vaksin vurdurdu - FOTO/VİDEO

"Bu virus bəlasından xilas olmaq üçün vaksin vurdurmağı məsləhət görürəm"

Xalq artisti Röya Ayxan peyvənd vurdurub.

AzNews.az xəbər verir ki, müğənni bu barədə instaqram səhifəsində məlumat verib.

O, prosesdən video yayaraq könüllü vaksin vurdurduğunu açıqlayıb: “Bu gün könüllü olaraq peyvənd olundum. Düzü, belə gözləmirdim. Heç bir əlavə təsiri olmadı, özümü çox yaxşı hiss edirəm. Bir də 21 gün sonra ikinci doza vurulacaq. Bu virus bəlasından xilas olmaq üçün vaksin vurdurmağı məsləhət görürəm. Qorxmayın, hər şey yaxşı olacaq. Allah köməyimiz olsun”.