Xalq artisti uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkir Xalq artisti uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkir

Ağadadaş Ağayev yenidən müalicə üçün Türkiyəyə gedəcək

Xalq artisti uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkir

Xalq artisti Ağadadaş Ağayevin səhhəti yaxşılaşıb.

Aznews.az xəbər verir ki, bu barədə müğənninin oğlu Səbuhi Ağayev məlumat verib.

O, atasının hazırda toy məclislərində də iştirak etdiyini bildirib: “Həkimlər deyir ki, onun səhhəti yaxşılığa doğru gedir. Elə özümüz də bunu müşahidə edirik. Atam xəstəliyin ilk vaxtlarından 3 aydan bir müayinə üçün Türkiyəyə gedirdi. Avqustun 20-dən sonra yenidən İstanbula gedəcək. Bu müayinədə xəstəliyin müalicəsində irəliləyişlə bağlı diaqnoz qoyulacaq”.

Qeyd edək ki, Xalq artisti uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkir.