Dua Lipa Albaniya vətəndaşlığını qəbul edib

Alban əsilli britaniyalı pop ulduz Dua Lipa Albaniya vətəndaşlığını qəbul edib.

Aznews.az xəbər verir ki,rəsmi mərasimlə Albaniya vətəndaşı olan Dua Lipa Tiranada konsert verib.

Prezident Bayram Beqaj dünya şöhrətli müğənniyə Albaniyanın təbliğinə verdiyi dəstəyə görə vətəndaşlıq verildiyini açıqlayıb.

27 yaşlı müğənni ötən gün Albaniyanın Müstəqillik Günü üçün konsert verib.

Üç dəfə “Qremmi” mükafatı qazanan Lipaya ötən ilin avqustunda “Kosovonun fəxri səfiri” adı verilmişdi.

Mövsüm