- Şou əhli
- 1 Mart 16:36
- 5 578
Sibel Can Azərbaycan xalqına təşəkkür edib

Müğənni Sibel Can 8 Mart Beynəlxalq Qadınlar Günündə Bakıda verəcəyi konsertdən əldə olunan gəlirin zəlzələ qurbanlarına bağışlanacağını açıqlayarkən göstərdiyi dəstəyə görə Azərbaycan xalqına təşəkkür edib .
Aznews.az xəbər verir ki, bu barədə türkiyəli müğənni "Twitter" hesabından paylaşım edib.
8 Mart Dünya Qadınlar günündəki Bakıda verəcəyim konsertin gəliri AFAD-a bağışlanacaq. Musiqili gecə Bakı Konqres Mərkəzində həyata keçəcək. Azərbaycan xalqına bu müddətdə dəstəklərinə görə çox təşəkkür edirəm. Kədərimizin çarəsizliyə çevrilməməsi üçün həmrəyliyə ehtiyacımız var. pic.twitter.com/sOZZ2vmnL3
— Sibel Can (@resmisibelcan) February 28, 2023
Mövsüm