Fit çalınanda dabanına tüpürüb qaçan Əli Kərimlidən...

Hakimiyyət səndən niyə qorxsun ki?

"Bir neçə gündür səbrimə sığınıb dünyanın ən rəzil, ən miskin, ən qorxaq adamının başından böyük iddialarının, ənənəvi emosional boşboğazlığının, söz yığınından ibarət, faktsız, arqumentsiz sərsəmləmələrinin sona varacağını gözləyirəm, amma olmur ki, olmur".

Bu sözləri tanınmış jurnalist və siyasi analitik, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli Əli Kərimli haqda KİV-ə açıqlamasında deyib.

"Adam köhnə qrammafon valı kimi orta dairədə, yaxud dairənin ortasında, lap elə dairəsiz-filansız... ortasında ilişib qalıb. İstəyirsən dişinin dibindən çıxanı deyəsən bu ayağı dəyən yerdə ot bitməyən siyasi kosaya, amma yenə də "lənət sənə kor şeytan" deyib keçirsən", - deyə o, bildirib.

"İndi bu taxtabaş hikkəli-hikkəli hakimiyyətin ondan qorxduğunu deyir. Hakimiyyət qorxurmuş... Həm də kimdən? Fit çalınanda dabanına tüpürüb qaçan Əli Kərimlidən. Bədbəxt... Hakimiyyət səndən niyə qorxsun ki? Dünənin, bu günün, keçdiyin yolun hər qarışı dərin boşluqlarla doludur və hər biri ağız suyunu maqnit kimi özünə çəkir. Ay filan-filan şudə, Bakı Dövlət Universitetində Qarabağla bağlı keçirilməsi nəzərdə tutulan mitinqə qarşı etiraz etdiyin günləri xatırla... Xatırladın, Mirabbasın tapşırıqlarını icra etdiyin vaxtları deyirəm. Milli Azadlıq Hərəkatının fəal iştirakçıları çox yaxşı bilir ki, sən heç vaxt qaynar nöqtələrdə, ön sıralarda olmamısan. Həmişə gizlənmisən, qaçmısan... Ya da gizlədiblər, səni hərəkata dürtənlər xəbərdarlıq edərək "qaç" deyiblər. 1989-cu ilin dekabrında, sovet əsgərləri ilk dəfə insanlara divan tutanda harada idin? Bəs dekabrın 5-də həbs olunan tələbə yoldaşlarının azadlığa çıxması üçün mübarizə aparan insanlara niyə qoşulmadın? Tülkü kimi kola çəkildin. Təhlükə sovuşandan sonra yenidən çıxdın, yaxud çıxarıldın ortalığa.

Yanvarın 19-da axşam saatlarında, təxminən saat 19:00-da dabanına tüpürüb qaçdığını necə, unutmamısan? Sonra Müdafiə Komitəsinin üzvü olduğun barədə vəsiqən "qırmızı ordunun" "Krasnaya Zvezda" qəzetində dərc olundu... Biz bir qrup tələbə bu hadisədən xeyli öncə Müdafiə Komitəsində olan bütün sənədləri məhv etmişdik ki, ələ keçməsin. Amma nədənsə yalnız sənin vəsiqən ələ keçdi...

1993-cü ildə sonradan xəyanət etdiyin insanların arxasında gizlənib Naxçıvana qaçdığını və xeyli müddət orada gizləndiyini necə, xatırlamağa cəsarətin çatır? Sənin ömrün boyu bacardığın bir neçə iş olub: Qaçmaq, gizlənmək, dostlarına xəyanət etmək, başqalarının haqqına sahiblənmək, yalan danışmaq, böhtan atmaq... Yazmaqla bitməz...

Mikrofon tərəfi Əbülfəz Elçibəyin otağında, dinləmə tərəfi isə sənin otağında olan cihazın sonu necə oldu? Bəs Xalq Cəbhəsinin qərargahındakı otağında, çay dəstgahı üçün nəzərdə tutulmuş kiçik masanın üzərindəki səsyazma cihazı indi hardadı? Hər dəfə otağına kimsə gələndə "matros" Faiqin çay süzmək bəhanəsi ilə düyməsini basdığı diktafonu deyirəm, xatırladın? Elə bilirdin bu əməllərindən kimsənin xəbəri yoxdur? Məsələ başqalarının səni necə tanımağında da deyil. Axı sən özün hər kəsdən yaxşı bilirsən kim olduğunu...

Mən hələ bildiklərimin cüzi bir hissəsini yazdım... Bitib tükənməz iyrənc əməllərinin siyahısı. Əlinə imkan düşən kimi səsinin iyrənc yerinə salıb qışqırmağın da elə suçlu olmağınla, içini saran qorxunu susdurmaq niyyətinlə bağlıdır. Hələlik bu qədər. Davamı olacaq", - deyə Elçin Mirzəbəyli fikrini yekunlaşdırıb. (Olke.az)