"Ulu öndərin hakimiyyətə gəlişi ilə düşdüyümüz bu fəlakətlərdən nicat yolu tapıldı" "Ulu öndərin hakimiyyətə gəlişi ilə düşdüyümüz bu fəlakətlərdən nicat yolu tapıldı"

"15 iyun Azərbaycan dövlətçiliyi tarixinə qızıl hərflərlə yazılıb"

"Ulu öndərin hakimiyyətə gəlişi ilə düşdüyümüz bu fəlakətlərdən nicat yolu tapıldı"

“İyunun 15-də ulu öndər Heydər Əliyev xalqın xahişi və təkidi ilə hakimiyyətə gəldi. Həmin gün sözün həqiqi mənasında Azərbaycan dövlətçiliyinin qurtuluşu baş verdi”.

Bu sözləri AzNews.az-a açıqlamasında millət vəkili Elman Nəsirli dedi.

Image result for elman nəsirli

Millət vəkili 15 iyun tarixinin Azərbaycanın siyasi tarixində əhəmiyyətindən bəhs edərkən həmin dövrdə ölkədə baş vermiş gərgin siyasi hadisələri xatırlatdı:

“Biz o zaman anarxiyadan, xaosdan, dövlətimizin parçalanmasından qurtulduq. Ölkənin cənubunda qondarma Talış Muğan Respublikası elan edilmişdi və mərkəzi hakimiyyətə tabe olmaqdan imtina edirdi. Eyni zamanda ölkənin şimalında separatçı bir cərayan formalaşaraq ölkəni ayırmağa çalışırdılar. Ermənistanın təcavüzkar siyasəti də davam edirdi, yeni-yeni torpaqlar işğal altına düşürdü. Ölkədə nizami ordu yox idi. Eyni zamanda hakimiyyət uğrunda ölkə daxilində mübarizə gedirdi. Xəzinə boşalmışdı. Aclıq, səfalət hökm sürürdü. Ölkədə 1992-ci ildə inflyasiyanın səviyyəsi rəsmi rəqəmlərdə 1174 faiz, 1993-cü ildə isə 1082 faiz təşkil edib. Üstəgəl bütün bunlar az imiş kimi ölkədə vətəndaş mübaribəsi reallığı mövcud idi. Surət Hüseynova tabe olan hərbi hissə bütün döyüş bölgəsini, cəbhə xəttinin tərk edib Azərbaycanın paytaxtı istiqamətində hərəkətə keçmişdi”.

Image result for 15 iyun 1993

E.Nəsirli bu proseslər fonunda Azərbaycanın qonşu ölkələrlə münasibətlərinin də pisləşdiyini qeyd etdi:

“AXC-Müsavat birliyinin yarıtmaz, antimilli siyasəti Mərkəzi Asiya ölkələri ilə münasibətləri faktiki düşmən vəziyyətinə gətirib çıxarmışdı. Özbəkistan və Qazaxıstanla münasibətlərimiz son dərəcə gərginləşmişdi. Eyni zamanda Rusiya ilə də münasibətlər gərgin idi. İranla münasibətlər düşmənşilik səviyyəsinə gəlib çıxmışdı. Bir sözlə, bərbad daxili və xarici siyasət hökm sürürdü. Beləliklə, Azərbaycan sanki qaranlıq bir tunelin içində idi”.

Image result for 15 iyun 1993

Millət vəkili o zaman bu vəziyyətdən yeganə çıxış yolunun Heydər Əliyevin hakimiyyətə gəlməsi olduğunu vurğuladı:

“Xalq yenə də sahibsiz qalmışdı. Bu anda xalqımız bir neçə il öncəki qan yaddaşını işə saldı. Belə bir halda yeganə nicat yolunun ulu öndər H.Əliyevin adı ilə bağlı olduğunu anladı. Çünki 90-cı illərdə də xalqımız başsız qalmışdı. 20 yanvar təcavüzü törədiləndə xalqa sahib çıxan yalnız H.Əliyev olmuşdu. O, 1990-cı iliin 21 yanvar tarixində Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlib Sovet rəhbətliyini ifşa etmişdi. Azərbaycana qarşı bu cinayət əməlini bütün dünyaya göstərmişdi, bu haqda bütün dünyanı məlumatlandırmışdı. Bütün bunları yaxşı bilən xalqımız 1993-cü ildə yenə birmənalı şəkildə ulu öndərə üz tutdu. Sözün həqiqi mənasında Heydər Əliyevin gəlişi Azərbaycanın qurtuluşu oldu. İyunun 9-da H.Əliyev Naxçıvandan Bakıya gəldi. Artıq iyunun 13-də Milli Məclisdə H.Əliyevin Ali Sovetin sədri vəzifəsinə seçilməsi məsələsi müzakirə oldundu. O zaman AXC-nin bir çox üzvləri cürbəcür bəyanatlar verirdi. Bəziləri göstərməyə çalışırdı ki, Gəncədə bu gün çox mürəkkəb situasiyadır, Gəncədəki məsələ həllini tapmadan H.Əliyevin hakimiyyətə gətirilməsi vəziyyəti daha da ağırlaşdıra bilər. Onlar bu bəyanatlarla xalqın istəyinin reallaşmamasına çalışırdılar. Həmin anda H.Əliyev öz müdrik və olduqca cəsarətli qərarını qəbul etdi. Dedi ki, mən burada Milli Məclisdən Gəncəyə yola düşürəm. Üzünü jurnalistlərə tutub dedi ki, kim istəyirsə, onunla getsin. Bu, son dərəcə qətiyyətli və cəsarətli addım idi. Beləliklə, jurnalistlərin də müşayiəti ilə ulu öndərin Gəncəyə səfəri baş tutdu. Gəncə xalqı onu ruh yüksəkliyi ilə qarşıladı. Baxmayaraq ki, Gəncədə vəziyyət çox gərgin idi, lakin xalq öz sevgisini ifadə etdi”.

Image result for heydər əliyev 1993

O, H.Əliyevin gəlişi ilə ölkədə baş verən müsbət dəyişikliklərdən bəhs etdi və müasir Azərbaycanın yüksəlişində ulu öndərin rolunun əvəzsiz olduğunu vurğuladı:

“Ulu öndərin hakimiyyətə gəlişi ilə düşdüyümüz bu fəlakətlərdən nicat yolu tapıldı. Xüsusilə də 1994-cü ilin sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın həm o zamanki, həm də bugünkü uğurlarının çox möhkəm təməli qoyulmuş oldu. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, onun rəhbərliyi altında ölkəmizin qazandığı bütün uğurların kökündə H.Əliyev siyasi kursu dayanır. Onun sayəsində Azərbaycan bu gün beynəlxalq aləmdə çox etibarlı bir tərəfdaşdır. Azərbaycanın səsi ən yüksək tribunalardan gəlir. Cənab Prezidentin sözləri ilə desək, Azərbaycan elə də dünyamiqyaslı böyük dövlət deyil, lakin bizim sözümüzün mənası və çəkisi böyükdür. Bu gün Azərbaycan dünyada beynəlxalq təhlükəsiziyin təminatına çox böyük tövfələr verir. Ölkəmizdə sabitlik, əmin-amanlıq və təhlükəsizlik hökm sürür. Xalqımız da bu birliyi, bu sabitliyi göz bəbəyi kimi qorumağa çalışır”.

Image result for heydər əliyev 1993

Xəyalə

AzNews.az