Yenə oyun, hoqqa çıxartdın, Əli Kərimli! Növbəti yaylığın, xəyanətin "mübarək..!" Yenə oyun, hoqqa çıxartdın, Əli Kərimli! Növbəti yaylığın, xəyanətin "mübarək..!"

Fərari oğul atasının “şəhid sevgisi” necə olur?

Yenə oyun, hoqqa çıxartdın, Əli Kərimli! Növbəti yaylığın, xəyanətin "mübarək..!"

Politoloq Qabil Hüseynli özü vaxtilə bunu mənə danışıb. AXCP sədri Əli Kərimli dövlət katibi işləyəndə maraqlı bir hadisənin üstü açılmışdı, Yevlaxdan Bakıya gətirilmiş qaraçı qadınları "şəhid anası” adı altında qabağında yalvarmağa məcbur edirdi: "Əli bəy, sən Allah bizə kömək elə...”. Qadın yaylığından xoşhallanan, əyninə gəlinlik, başına yaylıq biçilmiş bu adamın(?) xisləti dəyişib ki!? Bu həmin vaxt idi ki, həyat yoldaşı da Prezident Aparatında şöbə müdiri idi, tələsik arvadına dövlətdən ev də verdirmişdi, Bakının müxtəlif kəndlərində böyük torpaq sahələri zəbt etmişdi. Bax, indi Mərkəzi Bankın yaxınlığında yaşadığı mənzil var ha, onu "dar gün” üçün saxlamışdı. Hətta deyilənə görə, daha sonralar "Texnikabankın” Yasamal filialının rəhbəri olan qaynı Elnur Seyidova uşaq vaxtı ad günü hədiyyəsi edibmiş. 1995-1996-cı illərdə Azərbaycana dövlətinə qarşı ən sərsəm çıxışları Ə.Kərimli etdi, "Elçibəy getsin, hər şey başqa cür olacaq” xlyası ilə yaşayırdı, Elçibəy getdi, Allah rəhmət eləsin Ona, amma Ə.Kərimli hər gün, hər saniyə geriyə addımladı: məğubuyyət məğlubiyyətin dalınca gəldi. 2016-cı ilin aprel döyüşlərində Facebook səhifəsini əsl mənəvi terror, təxribat meydanına çevirmişdi, sanki Azərbaycan hakimiyyətinə qarşı Ermənistanın mdafiə naziri, yaxud hansısa bir məmuru çıxış edir. Elə ki, döyüşlər bitdi, Azərbaycanın şəksiz qələbəsi təmin edildi, Əli Kərimli başladı şəhidlərimizin ata-anasına başsalığı verməyə...

Ə.Kərimli indi nə istəyir? Peşəkar pilotumuz, polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi üzərindən hakimiyyətə qarşı istifadə etməyə çalışır. Bu boyda rəzillik, murdarlıq olarmı? Adama deyərlər ki, daha yasa, məclisə də buraxılmırsınız. Pilotumuzun qaynatası Qabil Hüseynli açıq şəkildə bəyan elədi ki, dəfn mərasiminə gəlib cənazə yerini siyasi meydana çevrməyin: "Müəyyən siyasi partiyaların, qrupların mərasim vasitəsilə siyasi divident qazanmaq əldə etmək istəkləri barədə məlumat əldə etmişik. Həmin şəxslərdən artıq dərəcədə xahiş edirik, keçiriləcək dəfn mərasimində iştitak etməsinlər”. Ay qardaş, adama bundan artıq nə deyərlər!? Həm də bu sözü deyən Qabil Hüseynlidir axı, Ə.Kərimlinin hər cikinə-bikinə bələddir! Vaxtilə Ə.Kərimlinin müxalifət düşərgəsinə etdiyi xəyanətlərin xronologiyası Q.Hüseynlidə var. Kim istəyər ki, övladının, kürəkəninin yas mərasimindən kimlərsə, öz maraqları üçün istifadə etsin!? Heç kim! Hamı bilir ki, Ə.Kərimli və bir qrup trol sürüsü, sosial şəbəkələrin azğın, küçə uşaqları yas mərasimində iştirak edib fotolar çəkəcək və bundan öz məqsədləri üçün istifadə edəcəklər, hakimiyyətin, dövlətin ünvanına demədikləri böhtan qalmayacaq...

"Xırdavat” düşüncəli Ə.Kərimliyə izah etmək lazımdır: Ki.., öz oğlunu əsgərlikdən yayındıran ata başqa atanın şəhid övladının yas mərasimində iştirak edib başsalığı vermək eşqinə düşübsə, bu artıq aktyorluqdur, vicdansızlıqdır, tərbiyəsizlikdir, riyakarlıqdır, vətənə növbəti xəyanətdir! Ki.., siyasi meydanın ən qısır küncünə sıxılan bir siyasətçinin şəhid mərasimində öz məqsədləri üçün istifadə etməyə cəhd etməsi hər kəsi təhqir etmək deməkdir.

Yenə oyun, hoqqa çıxartdın, Əli Kərimli! Növbəti yaylığın, xəyanətin "mübarək..!”.

Samir Feyruz