Bütün müraciətlər araşdırılır Bütün müraciətlər araşdırılır

MSK 385 videogörüntünü araşdırır

Bütün müraciətlər araşdırılır

Mərkəzi Seçki Komissiyası (MSK) bu günə qədər 68 Dairə Seçki Komissiyasının 179 seçki məntəqəsi üzrə 385 videogörüntünü araşdırıb.

AzNews.az APA-ya istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, daxil olan protokollar və onlara uyğun sənədlərin hamısını araşdırılır: “Biz çalışırıq ki, daxil olan bütün müraciətləri araşdıraq. Namizədlərin narahat olmasına ehtiyac yoxdur. MSK-ya daxil olan bütün müraciətlər tərəfimizdən araşdırılır”.