- Siyasi müzakirə
- 22 Sentyabr 2020 19:06
- 4 634
Sahibə Qafarova Valentina Matviyenko ilə görüşdü

Qarşılıqlı səfərlərin əhəmiyyəti və digər mövzularda fikir mübadiləsi aparılıb
Rusiya Federasiyasında rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti sentyabrın 22-də Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.
AzNews.az xəbər verir ki, görüşdə parlamentlərarası əlaqələrin genişləndirilməsi, qarşılıqlı səfərlərin əhəmiyyəti və digər mövzularda fikir mübadiləsi aparılıb.