Almaniyanın ARB televiziya kanalı bu cür biabırclığa imza atıblar Almaniyanın ARB televiziya kanalı bu cür biabırclığa imza atıblar

"Alman kanalı Prezidentlə 26 dəqiqəlik müsahibənin niyə cəmi 8 dəqiqəsini efirə verib?"

Almaniyanın ARB televiziya kanalı bu cür biabırclığa imza atıblar

"Bəs deyirdiniz Almaniyada demokratiya, söz və fikir azadlığı yüksək svəiyyədə təmin edilib. Hər kəsin cavab haqqını təmin edirlər. İndi nə oldu, nə baş verdi?! Ali Baş Komandanımız İlham Əliyev oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibə verdi. Bütün xalqımız şahid oldu ki, alman jurnalistinin təxribat xarakterli suallarına cənab Prezident çox yüksək səviyyəli və rasional şəkildə cavablar verdi. Və alman jurnalisti çox pis vəziyyət düşdü. Ancaq dünən cənab Prezidentdən götürülən 26 dəqiqəlik müsahibənin ARD kanalı cəmi 8 dəqiqəsini efirə verdi. Niyə? Budur bunların demokratlığı?!"

AzNews.az-ın məlumatına görə, bunu BAXCP sədrinin müavini, QHT sədri, politoloq Niyaməddin Orduxanlı bildirib. Onun sözlərinə görə, Almaniyanın ARB televiziya kanalı bu cür biabırclığa imza atıblar:

"ARD kanalı özlərinin gülünc vəziyyətinə qoydular. Kanalın imicini darmadağın etdilər. Müsahibəni götürən həmin jurnalistə sosial şəbəklər üzərindən bunun hansı səbəbdən baş verməsi ilə bağlı soydaşlarımızın çox sərt sualları oldu və buna cavabının verilməsi ilə bağlı xeyli sayda soydaşlarımız müraciət etdilər. Əvvəl həmin jurnalist susurdu. Sonra da bunun geniş xarakterli olduğunu görüb cavab yazdı ki, cənab Prezident İlham Əliyevdən götürdüyü müsahibəni olduğu kimi televiziya rəhbərliyinə təqdim edib, sadəcə, kanal rəhbərliyi 26 dəqiqəlik müsahibəsinin cəmi 8 dəqiqəsini efirə verib. Baxın, bunların əsl simaları ortadadır. Hər cür biabırçılığa əl atırlar. Özlərini, cənab Prezidentin təbili ilə desək, "prokuror" kimi aparanlar sonda, öz verdikləri sualları belə efirə verməyə cəsarət etmirlər. Çünki həmin müsahibədə tam ifşa olunmuşdular. Sadəcə, bu faktı ona görə qeyd etdim ki, hər kəs görsün ki, Ali Baş Komandanımız İlham Əliyev böyük sərkərdə kimi həm 30 illik işğal altında olan Qarabağı və ətraf rayonları işğaldan azad edir, həm də erməni təəssübünü çəkənləri, güclü erməni diasporası ilə idarə olunan beynəlxalq təştilatları, tanınmış kanalları və onların rəhbərliyini məğlub edir. İlham Əliyevin əsaslı arqumentləri qarşısında duruş gətirə bilmirlər!"