Bu da Azərbaycanı 3 dəfə qazanclı çıxarır və daha rentabelli olmasını şərtləndirir Bu da Azərbaycanı 3 dəfə qazanclı çıxarır və daha rentabelli olmasını şərtləndirir

"Ermənistan bu dövlətlər qarşısında da hesabat verməli olacaq" -Əziz Əlibəyli

Bu da Azərbaycanı 3 dəfə qazanclı çıxarır və daha rentabelli olmasını şərtləndirir

“Dünənki görüşdə Azərbaycanın bir çox istiqamətdə qazancı oldu. İlk növbədə dəhlizin açılması məsələsini qeyd etmək olar”.

Bu sözləri AzNews.az- a açıqlamasında politoloq Əziz Əlibəyli prezidentlərin dünənki görüşünü şərh edən zaman deyib.

O, açıqlamasında görüşün Azərbaycan üçün böyük qazancları olduğunu vurğulayıb:

“Zəngəzurdan keçən və Azərbaycanın digər hissəsi, yəni, Naxçıvanla bölgəni birləşdirən dəhliz vasitəsilə oradakı yükdaşımalar həyata keçiriləcək. Eyni zamanda dəhlizin çəkilişi məsələsi növbəti mərhələ üçün həm də sərnişin daşınmasını da reallaşdıracaq. Bu birinci məsələ. Türkiyənin bu vasitə ilə türk dünyasına açılımının da qayəsini təşkil edir. Rəqəmlərə müraciət etsək, Azərbaycan üçün alternativ yol ortaya qoyur. Hansı ki, təkcə 824 km Bakı-Tbilisi-Qars dəmiryol xətti və daşınmalar həyata keçirilir. Bildiyiniz kimi, Zəngilandan Ordubada istiqamətlənmiş yolun eni təxminən 25-30 km arası bir məsafədir. Söhbət burada Mehri dəhlizindən gedir. Dəfələrlə az bir ərazi deməkdir ki, bu da Azərbaycanı 3 dəfə qazanclı çıxarır və daha rentabelli olmasını şərtləndirir”.

Əziz Əlibəyli vacib nüanslardan biri kimi 10 noyabr razılaşmasının 9-cu bəndində nəzərdə tutulmuş kommunikasiyaların inhisar edilməsi məsələsini də qeyd edib:

“Hansı ki, kommunikasiyalar üzrə hərəkətlilik baş verməli, daşımalar olmalı idi. Bunlar həm də bir qlobal proyektin tərkib hissəsidir. O qlobal proyekt ki, Çin vasitəsi ilə Pekindən Londona qədər baş tutur. Bu Avrasiyanın bütün ölkələrinin birləşdiyi vacib məkandır. Biz bunu Pekindən Londona bir yol adlandırırıq. Onun ərazisi bir kəmər, bir yol üzrə reallaşacaq və belə desək Zəngəzur o beynəlxalq münasibətlərin vacib ərazilərdən birinə çevriləcək. Çox önəmli məsələlərdən biri Ermənistanın təchizatı ilə bağlıdır. Burada dəhliz vasitəsilə Rusiyaya və ya əksinə çıxması məsələsi dayanır. Bu Azərbaycana Ermənistanın təchizatını nəzarətdə saxlamağa imkan verəcək. Bu gələcəkdə Dağlıq Qarabağda Ermənistan vasitəsilə hansısa təxribatların baş verməməsi üçün sığorta yaradır.

Ən mühüm məqamlardan biri regional inkişafa şəraitin yaradılmasıdır. Bu şərait nədən başlayır? Bilirsiniz İran sanksiyalarla boğuşan bir dövlətdir. Çox ciddi şəkildə beynəlxalq münasibətlərdən zərər görməkdədir, iqtisadi baxımdan əhalinin güzəranı aşağı səviyyədədir. Bunun nəticəsində onun həyata keçirdiyi regional siyasət də istər- istəməz zədələnib. Ona görə də İranın bu dəhlizə qoşulmağa çox böyük ehtiyacı var. Bir neçə gün sonra Cavad Zərifin regiona səfəri başlayacaq. Mən hesab edirəm ki, bu dəhlizin çəkilməsi Azərbaycan tərəfindən həm Türkiyənin, həm Rusiyanın həm İranın, həmçinin də Azərbaycan və Ermənistanın da bütövlükdə milli maraqlarına cavab verir. Ən ümdə məsələlərdən biri də dəhlizlərin qarşılıqlı reallaşması Ermənistanın siyasəti üzərinə ciddi öhdəliklər qoyur. Paşinyan və bundan sonrakı hakimiyyəti idarəedici şəxslər üçün mütləq şəkildə böyük məsuliyyətlər yaradır. Həmin məsuliyyətləri yaradan əsas addımlar nədən ibarətdir? Bu dəhliz gələcəkdə təhlükəyə məruz qalarsa, təkcə Azərbaycan yox, eyni zamanda Türkiyə, İran və Rusiya qarşısında da Ermənistanın hesabat verməsi lazım gələcək. Ona görə də iki dövlət arasındakı münasibətlərdən daha genişçaplı sosial, iqdisadi, siyasi münasinətlər yaranacaq”.

Səidə

AzNews.az