- Siyasi müzakirə
- 31 Mart 2021 17:18
- 6 081
MSK-ya hesabat verən siyasi partiyaların sayı 35-ə çatıb
Hesabatların verilməsi prosesi hazırda davam edir
Bu ilin əvvəlindən indiyədək Mərkəzi Seçki Komissiyasına (MSK) 2020-ci il üzrə maliyyə hesabatını təqdim edən siyasi partiyaların sayı açıqlanıb.
Dövlət qeydiyyatına alınan 62 siyasi partiyadan 35-i illik maliyyə hesabatını MSK-ya təqdim edib.
Hesabatların verilməsi prosesi hazırda davam edir.
Qeyd edək ki, MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.