İclasın gündəliyinə 3 məsələ daxil edilib İclasın gündəliyinə 3 məsələ daxil edilib

"Siyasi partiyalar haqqında" qanun layihəsi MM-in üç komitəsinin birgə iclasında müzakirə ediləcək

İclasın gündəliyinə 3 məsələ daxil edilib

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin payız sessiyası çərçivəsində ilk iclası keçirilib.

Aznews.az xəbər verir ki, iclasın gündəliyinə 3 məsələ daxil edilib:

1. Milli Məclisin yaz və növbədənkənar sessiyaları dövründə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsində görülən işlər barədə hesabat.
2. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin 2022-ci il payız sessiyası üçün iş planının layihəsi.
3. “Dini etiqad azadlığı haqqında” qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).

İclasda komitə sədri Fəzail İbrahimli gündəliyə daxil olan birinci məsələ barədə məlumat verib. Hesabat məqbul hesab edilib və deputatlar hesabata müsbət rəy veriblər.

İkinci məsələ barədə bildirilib ki, komitədə payız sessiyasında “Siyasi partiyalar haqqında” qanun layihəsinin müzakirə ediləcək. Bu qanun layihəsi iş planına da daxil edilib. Qanun layihəsi komitədə müzakirəyə çıxmazdan öncə ictimai müzakirəyə çıxarılacaq. İctimai müzakirədə Milli Məclisdə təmsil olunan və təmsil olunmayan partiyaların nümayəndələri iştirak edəcək. Qanun layihəsi daha sonra 3 komitənin birgə iclasında müzakirə ediləcək. Qanun layihəsi Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu və İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında müzakirə olunacaq.

Daha sonra komitənin iş planına bir sıra tədbirlərin, dinləmələrin keçirilməsi daxildir. Komitədə payız sessiyası çərçivəsində qeyri-hökumət təşkilatlarının iştirakı ilə ictimai dinləmə keçirilməsi və Dini qurumların rəhbərləri ilə görüşlərin keçirilməsi də nəzərdə tutulub.

Deputatların müzakirəsindən sonra komitənin iş planı qəbul edilib.

“Dini etiqad azadlığı haqqında” qanuna təklif edilən dəyişiklik isə vətəndaşların sənəd və ya məlumatın toplanması və təqdim edilməsi ilə bağlı problemlərinin aradan qaldırılmasına və vaxt itkisinin azaldılmasına, bu əsasda vətəndaş məmnunluğunun artırılmasına, habelə ölkədə Elektron Hökumət İnformasiya sisteminin funksionallığının daha da yüksəldilməsinə və qurumlararası elektron inteqrasiyanın güclənməsinə xidmət edəcək.

Qanun layihəsi müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.

***

14:04

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin payız sessiyası çərçivəsində ilk iclası keçirilir.

İclas sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistanın təxribatı nəticəsində şəhid olan hərbçilərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

İclasın gündəliyinə 3 məsələ daxil edilib:

1. Milli Məclisin yaz və növbədənkənar sessiyaları dövründə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsində görülən işlər barədə hesabat.

2. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin 2022-ci il payız sessiyası üçün iş planının layihəsi.

3.”Dini etiqad azadlığı haqqında” qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).