İki qardaşımı birdən qoydum qəbirə - Bilal Əliyev

Əvvəllər də elə toylara getmişəm ki, oradan pul almamışam.

“Morze əlifbası” layihəsinin bu günkü qonağı xalq artisti Bilal Əliyevin AzNews.az-a müsahibəsi

- 2018-ci il tarixə qovuşub. Yeni 2019-cu ildən nə gözləyirsiniz?

Картинки по запросу bilal əliyev

- Bütün Azərbaycan xalqını yeni il münasibəti ilə təbrik edirəm. Xalqımıza, o cümlədən bütün dünyaya barış, sülh arzu edirəm. Heç kəs “necə edim” deyimi ilə qarşılaşmasın. Ən başlıcası isə hamının canı sağ olsun. Mənim atamım 85 yaşı var. Allah bütün ağsaqqalları, ağbirçəkləri başımızdan əskik eləməsin. Atam xəstədir, buna görə onun yanından bir an olsa da ayrıla bilmirəm. Bayramı da onunla birlikdə keçirdim. Atam mənim üçün yaşamaq stimuludur. 2019-cu ilə gəlincə mən bu ildə çox şeylər gözləyirəm. Bu il Azərbaycan üçün çox uğurlu ildir. İnanıram ki, bütün dünyanın gözü Azərbaycanda olacaq, torpaqlarımız qayıdacaq. Ümid edirəm ki, bu il biz Qarabağı geri qaytaracağıq. Allah bu xalqa kömək olsun. Bayram günü mənə çox yerlərdən dəvət gəldi, amma heç birini qəbul etmədim. Tək bircə gün evdən çıxmağa məcbur oldum. Bütün efirlərdən mənə dəvət gəldi ki, tamaşaçılar səni arzulayır. "Yox" dedim, heç birinə gedə bilmədim. Başım atama qarışıb, səhnə yadımdan çıxıb.

- Tədbirlərdə iştirak etməməyinizin səbəbi nədir?

- Son vaxtlar ailəmiz ağır imtahanlardan çıxır... İki qardaşımı birdən qoydum qəbirə. Hər ikisi 40 yaşında... Dəhşətdir, iki qardaş itirmişəm, ikisini də eyni yaşda. Hər ikisinin ürəyi dayanıb. Bir-birinin ardınca, gözləmədiyim bir zamanda qardaş itkisi ilə üz-üzə qaldım.

- Qardaşların ikisi də eyni gündə dünyalarını dəyişib?

Картинки по запросу bilal əliyev

- Yox, aralarında bir il yarım zaman olub. İki qardaşımın itkisi mənə ağır zərbə oldu, qaldıra bilmədim. Yas mərasimləri bir-birinə calandı. Mərhumların biri 1971-ci, ikincisi isə 1973-cü ildə anadan olmuşdular. Hər ikisi 40 yaşında öldülər. Bilmirəm bu, nə həyatdır, nə yazıdır? Birinci qardaşım qəfil dünyasını dəyişdi. Analiz etdilər, baxdılar zəhərlənib, ürəyi zəif olduğu üçün dözməyib. İkinci qardaşımın da ürəyi partladı. O, Elçini çox istəyirdi. Ölümünə dözə bilmədi. Heç evlənməmişdi. Elçinin bir oğlu vardı. İkinci qardaşım deyirdi ki, “mənim oğlum olsa, adını Elçin qoyacam”. Heyif ki, arzusu ürəyində qaldı. Həyatdır da, bəlkə sabah biz də olmayacağıq. Bir gün gələn bir gün də gedəcək. Ona görə son illər bütün bayramlarımız sönük keçir. Gələn ildən sonra hamının dəvətini qəbul edəcəm və bütün tədbirlərdə iştirak edəcəm.

- Toylara gedirsinizmi?

- Bəli, gedirəm. Amma bir çox toylara gedə bilmirəm. Ancaq dəvətindən keçə bilmədiyim insanların toyuna gedirəm. Bəzən deyirlər ki, cəmiyyətdə toy əhval-ruhiyəsi yoxdur. Bunu deyənlər yanılır. Toy əhval-ruhiyyəsi yüksəkdir. Toylar həmişəki kimi öz axarında davam edir.

- Tamaşaçı sizi Azərbaycanda ən bahalı toy müğənnisi kimi tanıyır. Vaxti ilə müsahibələrinizdə 150-200 min manata toya getdiyinizi açıqlamısınız. İndi toylara neçiyə gedirsiniz?

Картинки по запросу bilal əliyev

- Əvvəl dəvəti Azərbaycandan kənardan alırdım, çoxlu toylara gedirdim. Amma bir ildən çoxdur ki, ölkədən kənara çıxmıram. Atamın səhhəti düzəlsin, bütün dəvətləri qəbul edəcəm, toylara gedəcəm. Bu gün bir məsələni etiraf edəcəm. Bundan sonrakı ömrümün çoxunu ucuz da olsa Azərbaycan toylarında keçirəcəm. Düşünürəm ki, mən xalqıma xidmət etməliyəm. Ən ucuz qiymətə belə toya gedəcəm. Əvvəllər də elə toylara getmişəm ki, oradan pul almamışam. Dəvət edib, qiymətə gələndə deyib ki, “mən kasıbam, imkanlarım yoxdur”. Hiss edirdim ki, kasıbdır. Ən azı 30 toya pulsuz getmişəm. İnsan gərək nəfisini də tutmağı bacarsın. İmkan varsa kasıblara kömək etməlisən. Amma baxıram ki, çoxu bunu dildə deyir, əməlində də isə kasıba kömək etdiyi görünmür. Mən isə əlimdən gələni etməyə çalışmışam, soruşa da bilərlər. 50-dən yuxarı xeyriyyə konsertlərində iştirak etmişəm. Elə bir xeyriyyə tədbiri olmayıb ki, Bilal Əliyev orada oxumasın.

Картинки по запросу bilal əliyev

- Sənət adamlarının ailəsində baş verən münaqişələrin mətbuata çıxmasına necə baxırsınız?

- Pis. Olmaz, qətiyyən razı deyiləm. Hər şey insanlardan asılıdır. Etiraf edək ki, ailə münaqişələrinin yayılmasını istəyənlər də var. Onlar bu yolla gündəmdə qalırlar. Dedi-qodu ilə özlərini gözə soxurlar. Mən isə qətiyyən razı olmaram ki, ailəmdən nəsə mətbuata çıxsın. Mənim ailəmi niyə başqası müzakirə etməlidir?

Картинки по запросу bilal əliyev

- Bir zamanlar İngiltərəyə getmişdiniz, ingilis dilini öyrənirdiniz...

- Mən bir il İngiltərədə qaldım. İngilis dilində rahat danışıram, 4 mahnı oxudum. Yəqin ki, Azərbaycandan kənara getsəm, orada ingilis dilində oxuyacam.

Bahar RÜSTƏMLİ

AzNews.az