"Azadinform": İlham Əliyevin yürütdüyü siyasət dünya liderləri tərəfindən alqışlanır

Ermənistanın Baş naziri ilə müqayisədə Azərbaycan lideri dəfələrlə üstün nüfuza malik olan bir dövlət başçısıdır

“Valday” Beynəlxalq Diskussiya Klubu dövlət başçıları və mühüm şəxslərlə təmsil olunan bir klubdur. Həmçinin, bu klub dünyada baş verən iqtisadi, siyasi, hərbi məsələlərlə bağlı diskussiya məkanıdır. Burada bir sıra mühüm görüşlər keçirilir. Bu səbəbdən Azərbaycan Prezidentinin belə bir yığıncağa dəvət alması ciddi əhəmiyyət kəsb edən məsələdir”.

Bu fikirləri politoloq Arzu Nağıyev deyib.

Politoloq vurğulayıb ki, Prezident İlham Əliyevin Rusiyanın Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışı zaman Azərbaycan-Rusiya münasibətləri haqqında səsləndirdiyi fikirlərdən iki ölkə arasında münasibətlərin dinamik şəkildə inkişafı bir daha məlum olur: “İki ölkə arasında münasibətlər həm siyasi, həm iqtisadi, həm də hərbi sahədə inkişaf edir. Azərbaycan Rusiya üçün nə qədər strateji əhəmiyyətli tərəfdaşdırsa, Rusiya da Azərbaycan üçün o qədər strateji tərəfdaşdır. Bundan başqa, iki ölkənin xüsusi xidmət orqanları, sərhəd qoşunları və digər hüquq-mühafizə orqanları arasında da səmərəli əməkdaşlıq mövcuddur. Eyni zamanda, Rusiya ilə Azərbaycan sərhədində aparılan bir sıra birgə anti-terror əməliyyatları bir daha göstərir ki, iki ölkə arasında koordinasiyalı fəaliyyət mövcuddur. Təbii ki, belə də olmalıdır, çünki, Rusiya ilə Azərbaycan yaxın qonşulardır”.

A. Nağıyev əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü həm daxili, həm də xarici siyasət çox müsbət bir istiqamətdə inkişaf edir və bu, dünya liderləri tərəfindən alqışlanır: “Bu gün Ermənistanın Baş naziri ilə müqayisədə Azərbaycan lideri dəfələrlə üstün nüfuza malik olan bir dövlət başçısıdır. Buna görə də Azərbaycanda müxtəlif beynəlxalq tədbirlərin keçirilməsi planlaşdırılır və bu tədbirlər uğurla həyata keçirilir”.

Ləman Hüseynzadə

AZADİNFORM