Amerikanın Kaliforniya ştatının Los Anceles şəhərində Beynəlxalq Mədəniyyət Mərkəzinin rəhbəri, yazar Sevinc Səfərova vətənə gələr-gəlməz şiddətə məruz qalmış qadınlarımızın səhhəti ilə maraqlandı. Onları ətrafına cəm edərək şiddətlə mübarizə metodlarını təbliğ etməyə başladı. Amerikanın Kaliforniya ştatının Los Anceles şəhərində Beynəlxalq Mədəniyyət Mərkəzinin rəhbəri, yazar Sevinc Səfərova vətənə gələr-gəlməz şiddətə məruz qalmış qadınlarımızın səhhəti ilə maraqlandı. Onları ətrafına cəm edərək şiddətlə mübarizə metodlarını təbliğ etməyə başladı.

Azərbaycanlı yazar şiddətə məruz qalan xanımlara dəstək göstərdi

Amerikanın Kaliforniya ştatının Los Anceles şəhərində Beynəlxalq Mədəniyyət Mərkəzinin rəhbəri, yazar Sevinc Səfərova vətənə gələr-gəlməz şiddətə məruz qalmış qadınlarımızın səhhəti ilə maraqlandı. Onları ətrafına cəm edərək şiddətlə mübarizə metodlarını təbliğ etməyə başladı.

ABŞ-da yenicə çap olunmuş “Günah” romanında da zorakılığın şiddətlə qınanıldığını qeyd edən Sevinc Səfərova yolunu “Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyi”-ndən saldı.

Birliyin rəhbəri Mehriban Zeynalova ilə görüşən azərbaycanlı prodüser sığınacaqda yaşayan Azərbaycan xanımlarının başlarına gətirilən hadisələrlə maraqlandı.

Daha sonra sığınacaqda zorakılığa məruz qalmış xanımlarla görüş oldu. Bildirdi ki, XXI əsrdə hələ şiddət görən bir çox qadınlar var və bu məsələdə peşəsindən asılı olmayaraq bütün xanımlar birləşməlidir: “Qadın zorakılığı ilə bağlı statistik göstəricilər ürəkaçan deyil. Yer üzündə hər üç qadından biri ən yaxşı halda fiziki zorakılığa məruz qalır. Özü də ona doğma olan insanlar tərəfindən. Cinsi zorakılığa məruz qalan qadınların əksəriyyəti isə cəmiyyətdə yeni problemlərin yaradıcısına çevrilir. Məni narahat edən əsas məsələlərdən biri isə bu şiddətdən uşaqların, övladlarımızın əsas zərərçəkən olmasıdır. Uşaqların inkişafında, şəxsiyyətinin formalaşmasında və ümumiyyətlə sağlam və xoşbəxt gələcəyində ailənin rolu danılmazdır. Çünki məhz ailə uşağın həmişə sevildiyi, güvəndiyi, kömək və dəstək yeridir. Bundan savayı, uşaq ailə daxilində insani münasibətləri mənimsəyir və cəmiyyətin gələcək üzvü kimi formalaşır. Uşaqlıq illərində əldə etdiyi təcrübəni həyatı boyunca yadda saxlayır. Lakın, bir çoxları bu qayğıdan kənar qalmaqla bərabər, həmçinin ailə daxilində şiddətə və zorakılığa məruz qalırlar. Ailə içi şiddət günümüzün ən qlobal problemlərindəndir. Bu problemin qadına təsirindən çox danışıldığı halda, zorakılığın əsas qurbanları – uşaqlar çox vaxt nədənsə kənarda qalırlar. Şiddətə məruz qalan uşaqların cəmiyyətə inteqrasiyasında müəyyən problemlər yaranır. Yəni uşaqlar sağlam ruhda olmurlar, gələcəkdə özünü bir şəxs kimi görməkdə çətinlik çəkirlər. Nəticədə belə uşaqların ünsiyyət qurmasında da ciddi problemlər yaranır. Onlar cəmiyyət içində, ailədə, məktəbdə rahat ünsiyyətə girə bilmirlər. Belə uşaqlar sağlam düşünə bilmədiyi üçün həmyaşıdlarına qarşı aqressiv, kobud hərəkətlər nümayiş etdirirlər”.

Sevinc Səfərova “Bir güc ki, qadın üzərində sınanır, orada kişilikdən danışmaq acizlikdir”- deyərək təəssüf hissini gizlətmədi.

image description image description image description image description