Bu kadrlar Rusiyada böyük əks-sədaya səbəb oldu - VİDEO

Bir müddət bundan əvvəl Rusiyadan miqrantların çıxarılacağı və yalnız vizası olanların ölkəyə müvəqqəti buraxılacağı haqda bəyanatlar səslənmişdi. Sosial şəbəkələrdə yayılan kadrlarda isə yerli hüquq-mühafizə orqanlarının əməkdaşlarının miqrantlarla etikadan kənar şəkildə davrandıqları ortaya çıxıb.

İnternetdə Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qeyri-qanuni miqrantların küçə ilə aparılması kadrları yayılıb. Böyük əks-sədaya səbəb olmuş bu kadrlar paytaxt Moskvada həvəskar çəkiliş vasitəsi ilə lentə alınıb. Kadrlarda polis və kamuflyajda olan asayiş keşikçiləri küçəni bağlayaraq yaxınlıqda yerləşən bazarların birində çalışan 100-dən çox miqrantı kolon şəklində polis bölməsinə aparılır.

Ölkənin internet məkanında geniş müqayisə olunan bu görüntülərdə saxlanılan miqrantlar II dünya müharibəsi zamanı düşmən əsirlərə bənzədilib. "RİA-Novosti"nin yerli hüquq-mühafizə orqnlarına istinadən verilən məlumata görə, polisə topdan və pərakəndə satış bazarında əllərində armatur və travmatik silahların olduğu aqressiv insanların yığışdığı barədə məlumat daxil olub. Saxlanılanlar arasında həm Rusiya, həm də MDB ölkələrinin vətəndaşları olduğu bildirilir. Profilaktik söhbətlərdən sonra saxlanılanlar sərbəst buraxılıb. 8 nəfərə qarşı isə inzibati protokollar tərtib edilib.//anspress//



AzNews.az