Rusiya yenidən Gürcüstana girəcək?

Dünən Gürcüstanın Millətçi Demokrat Partiyasının (GMDP) sədri Baçuki Kardava sensaion bəyanatla çıxış edib. AzNews.az "Regnum" İnformasiya agentliyinə istinadən məlumat verir ki, Kardava bu məsələnin Rusiya nazirlər kabinetində müzakirə edildiyini iddia edib. O bildirib ki, Rusiya Gürcüstanın NATO-ya girməsinin əleyhinədir və bunun qarşısını almaq üçün hər şeyə əl ata bilər. O, Rusiyanın Gürcüstandakı seçkilərə müdaxiləsini də inkar etməyib. Hakim dairələr məsələylə bağlı reaksiya bildirməyib.

Şahlar Ruhi

AzNews.az