Misir səfiri “arzuolunmaz şəxs” elan edildi

Türkiyə Misirin diplomatik demarşına cavab verib. Musavat.com-un Türkiyənin Xarici İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Türkiyənin Qahirədəki səfiri Hüseyn Avni Botsalı bu gün Misir XİN-ə çağırılıb. Ona elan edilib ki, Misir Türkiyə ilə diplomatik əlaqələri müvəqqəti işlər vəkili səviyyəsinə endirir və səfir bu ölkədə "arzuolunmaz şəxs" elan olunur. Səfirə Misiri tərk etmək üçün noyabrın 29-unadək vaxt verilib.

Bundan sonra Misirin Türkiyədəki müvəqqəti işlər vəkili Türkiyə XİN-ə çağırılıb. Türkiyəni tərk edən səfir Əbdürrəhman Səlahəddinin "arzuolunmaz şəxs" elan edildiyi onun diqqətinə çatdırılıb.

"Üzüntü duyduğumuz bu durumun tarix qarşısındakı məsuliyyəti Misirdə 3 iyul çevrilişi ilə hakimiyyətə gələn müvəqqəti idarəçiliyin üzərinə düşür. Dost və qardaş Misirin ən qıza zamanda sabitlik və demokratiyaya qovuşmasını və nəticədə ölkələrimiz arasındakı münasibətlərin normala dönməsini arzu edirik", - Türkiyə XİN-in bəyanatında deyilir.

AzNews.az