Rusiya həbsxanalarında islam tədris ediləcək

"Dustaqların bir qismi radikal islam cərəyanlarının tərəfdarıdır və onların dini maarifləndirilməsinə ehtiyac var"

Rusiya həbsxanalarında dustaqlar ilkin islam biliklərinə yiyələnə biləcəklər.

Bu barədə Mordoviya Respublikasının mərkəzi müsəlman ruhani idarəsinin başçısı Faqim Şəfiyeva bildirib.

"Yaxın zamanlarda biz dustaqlar üçün qiyabi şəkildə ilkin müsəlman təhsili üzrə layihə işə salacağıq. Bu layihə dini mərkəzlərlə Federal Cəzaların İcrası Xidmətinin əməkdaşlığının davamıdır", - deyə Şəfiyev bildirib.

Bundan başqa, Mordoviya müftisinin sözlərinə görə, dustaqların bir qismi radikal islam cərəyanlarının tərəfdarıdır və onların dini maarifləndirilməsinə ehtiyac var. "Din insanları zalımlaşdırmalı deyil, inkişaf etdirməli, doğru yol tapmaqda yardımçı olmalıdır", - deyə ilahiyyatçı bildirib.(ANS)