Abxaziya və Cənubi Osetiyanı tanıyan ölkə qərarını geri götürüb

Rusiyanın təzyiqləri ilə Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyan bir neçə dövlətdən biri – Sakit Okean hövzəsinin cırtdan ölkəsi (əhalisi cəmi 10 min nəfərdir) Tuvalu öz qərarından imtina edib.

Musavat.com-un Gürcüstan XİN-ə istinadən verdiyi məlumata görə, bu ölkədə hakimiyyət başçısının dəyişməsi ilə Gürcüstanın ərazi bütövlüyünə münasibət də dəyişib. İki ölkə arasında 2011-ci ildə qırılmış diplomatik münasibətlər artıq bərpa olunub.

AzNews.az