Ermənistanın paytaxtı İrəvan şəhərində yarmarkalarda ticarətlə məşğul olan şəxslər şəhərin mərkəzində etiraz aksiyası keçirib. Ermənistanın paytaxtı İrəvan şəhərində yarmarkalarda ticarətlə məşğul olan şəxslər şəhərin mərkəzində etiraz aksiyası keçirib.

Ermənilər yenə küçələrə axışdı

Ermənistanın paytaxtı İrəvan şəhərində yarmarkalarda ticarətlə məşğul olan şəxslər şəhərin mərkəzində etiraz aksiyası keçirib.



AzNews.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, ticarətçilər hökumətin vergiləri artımına etiraz olaraq küçələrə çıxıblar.

Ermənistan xırda sahibkarlarının nümayəndəsi Stepan Aslanyanın sözlərinə görə, hökumət yaxın vaxtlarda güzəştə getməyəcəyi halda, onlar bütün iri və xırda sahibkarlarla hökumət evinin qarşısında müddətsiz aksiyalara başlayacaqlar.
Sahibkar Ermənistan baş naziri Ovik Abramyana da cavab verib.

Qeyd edək ki, Abramyan bir neçə gün öncə sahibkarlarla görüşərək "Siz 1 mart istəyirsinizmi?" sualını vermişdi.

Sahibkarların nümayəndəsi isə Abramyana səslənərək, "Əgər vergilər qaldırılmasa, "Biz sizin üçün 1 mart təşkil edərik" deyib.

Xatırladaq ki, 1 mart 2008-ci ildə Ermənistanda baş vermiş xalq etirazları zamanı rəsmi olaraq 11 nəfər insan həlak olmuşdu.

Ermənistan və Qərb mətbuatında isə ölənlərin sayının 100-ə qədər olduğu bildirilmişdi.

Xəyal Əzizov