Türkiyədə 62 yaşlı kişi qurban kəsərkən keçinib. Türkiyədə 62 yaşlı kişi qurban kəsərkən keçinib.

Qurban kəsərkən öldü

Türkiyədə 62 yaşlı kişi qurban kəsərkən keçinib.




AzNews.az-ın lent.az-a istinadən verdiyi xəbərə görə, Kayseri şəhərində yaşayan Həbib Bostan iki oğlu ilə birlikdə iri buynuzlu heyvanı qurban kəsmək üçün ayaqlarını bağlayıb yerə uzadıb. Bu vaxt heyvan çırpınmağa başlayıb. Heyvanın çırpınması nəticəsində H.Bostan müvazinətini itirərək yerə çırpılıb. Təcili tibbi yardım maşınıyla xəstəxanaya çatdırılan H.Bostanın infarkt keçirdiyi müəyyənləşib. Həkimlərin səylərinə baxmayaraq, 62 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb.

AzNews.az