Dini zəmində daha bir qətl

Şimali Qafqazda dini zəmində baş verən cinayətlərin ardı-arası kəsilmir. AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, İnquşetiyada yerli mədrəsələrdən birində dini dərs keçən müəllim Yunus Axilqov öldürülüb. Onun cəsədini yerli sakinlərdən biri təsadüfən aşkarlayıb.

Cəsədin üzərində güllə yaraları olub. Hazırda polis qətlin motivi ilə bağlı təhqiqatlara başlayıb. Ehtimal edilir ki, onun öldürülməsi mədrəsədəki fəaliyyəti ilə bağlıdır.
Xatırladaq ki, Dağıstan da analoji hadisələr tez-tez yaşanır.

Sadiq Musa
AzNews.az