Qiymətdə razılaşa bilmirlər Qiymətdə razılaşa bilmirlər

Rusiya Ermənistana qaz əvəzinə ümid verir

Qiymətdə razılaşa bilmirlər



Rusiya öz vassalı olan Ermənistana qazı güzəştli qiymətlə satmaq istəməsə də bunu açıq dilə gətirə bilmir. Məhz bu səbəbdən qazın qiyməti ilə bağlı danışıqlar bir müddətdir ki, davam edir. AzNews.az-ın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, Rusiya-Ermənistan hökumətlərarası komissiyasının həmsədri Maksim Sokolov və Ermənistanın Nəqliyyat naziri birgə mətbuat konfransı keçiriblər.

Mətbuata bildirilib ki, bu ilin 8 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsi 1 milyard dolları keçib. Jurnalistin "qaz qiymətləri aşağı salınacaqmı" sualına isə Rusiyalı nümayəndə ancaq ümid verməklə kifayətlənib. "Qaz qiymətləri ilə bağlı danışıqlar davam edir. Ümidvarıq ki, hər iki tərəfi qane edən qiymət qoyulacaq və razılaşma əldə ediləcək".

Qeyd edək ki, hazırda Ermənistan 1000 kubmetr qaza görə, Rusiyaya 180 dollar ödəyir.

Sadiq Musa
AzNews.az