Belarus İrana embarqodan çıxmağa kömək edəcək

İranlı nümayəndə heyəti Belarusa səfər ediblər. AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, İranın Minskdəki səfiri Seyid Abdolla Hüseyn bildirib ki, Belarus İranın dünya bazarına çıxması üçün önəmli resursları olan ölkədir.

O, Rusiya, Ukrayna və Belarusun İranın dünya iqtisadiyyatına inteqrasiyasında mühüm rol oynayacağını deyib. İranlı diplomat onu da qeyd edib ki, Belarus iqtisadiyyatına investisiya qoymaqla da İran iqtisadiyyatını inkişaf etdirə bilər.

Qeyd edək ki, böyük iqtisadi çətinliklərlə üzləşən İran ölkə iqtisadiyyatını qaldırmaq üçün digər ölkələrlə əməkdaşlığa xüsusi diqqət ayırır. Bu sahədə ən yaxşı əməkdaşlıq isə "Rusiya klubu"na aid olan ölkələrlə qurula bilər.

Sadiq Musa
AzNews.az