FHN-in göndərdiyi yük Xankəndiyə çatdı

Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ehtiyaclarının təmin olunması üçün humanitar məqsədlə ərzaq yükü əraziyə çatdırılıb.

"Aznews.az" xəbər verir ki, sentyabrın 22-də içərisində müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili və 2 çörək dolu avtomobil Ağdam rayonundan yola salınıb və yardımı ünvanına çatdırıb.

Eyni zamanda Qarabağdakı erməni sakinlər üçün ərazidə 1000 yerlik çadır qurulub.