Kremldən “Rustavi 2” kanalındakı olayla bağlı - Açıqlama

"Hələlik hər hansı qərar qəbul edilməyib"

“Ölkə rəhbərliyi Tbilisiyə qarşı iqtisadi tədbirlər barədə hələlik qərar qəbul etməyib”.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

"Rusiya parlamentarilərinin bu cür sərt reaksiyası və gürcü teleaparıcının görünməmiş davranışı fonunda onların mövqeyindəki tam yekdilliyi təbiidir", - deyə o, Gürcüstan haqda Rusiya Dövlət Duması tərəfindən təsdiqlənmiş bəyanatını şərh edərkən bildirib.

Orada millət vəkilləri Gürcüstanın antirusiya təxribatlarına bir sıra iqtisadi tədbirlərə cavab verməyi təklif ediblər.

Peskov xatırladıb ki, qərarları hökumət və son nəticədə ölkə prezidenti qəbul edir. Hələlik isə hər hansı qərar qəbul edilməyib.

Xatırladaq ki, gürcü aparıcı Georgi Qabuniya müxalifətçi “Rustavi 2” kanalındakı verilişi zamanı Rusiya prezidenti Vladimir Putinin ünvanına nalayiq ifadələr işlədib. Onun fikirləri Gürcüstanın hakim dairələri tərəfindən sərt qarşılanıb.

Pərvanə Ağazadə

AzNews.az