Bu barədə Kremlin yaydığı rəsmi bəyanatda bildirilir Bu barədə Kremlin yaydığı rəsmi bəyanatda bildirilir

Lukaşenko Putinə zəng etdi

Bu barədə Kremlin yaydığı rəsmi bəyanatda bildirilir

Rusiya Federasiyası prezidenti Vladimir Putin və onun belaruslu həmkarı Aleksandr Lukaşenko arasında telefon danışığı baş tutub.

RİA Novosti agentliyinin verdiyi xəbərə görə, bu barədə Kremlin yaydığı rəsmi bəyanatda bildirilir.

Ökə başçıları Rusiya qazının Belarusa çatdırılması istiqamətində ətraflı fikir mübadiləsi aparıb, məsələnin hər iki ölkənin müvafiq qurumları arasında davam etdirilməsi barədə razılığa gəliblər.

Telefon danışığı Belarus prezidentinin təşəbbüsü ilə baş tutub.

Prezidentlər həmçinin iki müttəfiq ölkə arasında münasibətlər və əməkdaşlığın müxtəlif inkişaf aspektlərini müzakirə ediblər.(apa.az)

AzNews.az