Ümumilikdə 26 608 pasiyent isə sağalaraq evinə buraxılıb Ümumilikdə 26 608 pasiyent isə sağalaraq evinə buraxılıb

Rusiyada bir gündə 10 min 699 nəfər koronavirusa yoluxdu

Ümumilikdə 26 608 pasiyent isə sağalaraq evinə buraxılıb

Rusiyada son sutka ərzində daha 10 699 nəfərdə koronavirusa yoluxma faktının aşkarlanması ilə yoluxanların ümumi sayı 187 859-a çatıb.

AzNews.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin koronavirusla mübarizə üzrə operativ qərargahının internet saytında açıqlama verilib. Bildirilib ki, aktiv koronavirus xəstələrinin sayı 159 528 nəfər təşkil edir.

Ötən gün ərzində xəstəlik səbəbindən daha 98 nəfərin həyatını itirməsi ilə ölüm hallarının sayı 1 723-ə çatıb. Ümumilikdə 26 608 pasiyent isə sağalaraq evinə buraxılıb.

Qeyd edək ki, dünya üzrə 3 918 678 insan koronavirusa yoluxub, 270 765 nəfər isə vəfat edib.