Məhdudiyyətlər 22 dekabr 2020-ci il tarixində saat 00: 00-dan etibarən qüvvəyə minəcək Məhdudiyyətlər 22 dekabr 2020-ci il tarixində saat 00: 00-dan etibarən qüvvəyə minəcək

Rusiya Böyük Britaniya ilə aviareysləri dayandırır

Məhdudiyyətlər 22 dekabr 2020-ci il tarixində saat 00: 00-dan etibarən qüvvəyə minəcək

Rusiya yeni koronavirus növünün meydana gəlməsi səbəbindən 22 dekabr tarixindən etibarən İngiltərə ilə uçuşları dayandırır.

AzNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası koronavirus infeksiyası ilə mübarizə üzrə operativ qərargahı məlumat yayıb.

“Yeni koronavirus infeksiyasının ölkəyə gətirilməsinin və yayılmasının qarşısını almaq üçün əməliyyat qərargahı epidemioloji vəziyyətin pisləşməsi səbəbindən İngiltərə ilə uçuşların müvəqqəti dayandırılmasına qərar verib. Məhdudiyyətlər 22 dekabr 2020-ci il tarixində saat 00: 00-dan etibarən qüvvəyə minəcək və bir həftə ərzində qüvvədə olacaq. Yeni koronavirus növünun ortaya çıxması ilə əlaqədar vəziyyət İngiltərədəki operativ qərargah tərəfindən diqqətlə öyrənilir. İclasın nəticələrinə əsasən əlavə qərarlar qəbul ediləcək”,- deyə açıqlamada bildirilib.