"Biz Çinlə kiməsə qarşı deyil, bir-birimizin maraqlarına uyğun olaraq dostluq edirik" "Biz Çinlə kiməsə qarşı deyil, bir-birimizin maraqlarına uyğun olaraq dostluq edirik"

Rusiya və Çin hərbi blok yaratmır - Putin

"Biz Çinlə kiməsə qarşı deyil, bir-birimizin maraqlarına uyğun olaraq dostluq edirik"

Rusiya və Çin hərbi blok yaratmır, bununla bağlı ehtiyat əsassızdır.

Aznews.az xəbər verir ki, bu barədə "Valday" beynəlxalq klubu çərçivəsində sualları cavablandıran Rusiya Prezidenti Vladimir Putin deyib.

V.Putin bildirib: "Biz bu barədə dəfələrlə danışmışıq - biz Çinlə kiməsə qarşı deyil, bir-birimizin maraqlarına uyğun olaraq dostluq edirik".

Rusiya Prezidenti qeyd edib ki, onlar NATO və NATO ölkələrindən fərqli olaraq heç bir qapalı hərbi blok yaratmır: "Rusiya-Çin hərbi bloku yoxdur və hazırda onun yaradılması üçün bir məqsəd yoxdur. Ona görə də bununla bağlı söhbətin heç bir əsası yoxdur".