Bu halda Rusiya Litva və Avropa İttifaqına “sərt tədbirlər” tətbiq edəcək Bu halda Rusiya Litva və Avropa İttifaqına “sərt tədbirlər” tətbiq edəcək

Rusiya XİN Litva və Aİ-yə xəbərdarlıq ETDİ

Bu halda Rusiya Litva və Avropa İttifaqına “sərt tədbirlər” tətbiq edəcək

Bəzi malların Kalininqrada və oradan tranziti bərpa olunmasa, Rusiya Litva və Avropa İttifaqına “sərt tədbirlər” tətbiq edəcək.

Aznews.az "Sky News" istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirib.

“Əgər vəziyyət yaxın günlərdə sabitləşməsə, o zaman Rusiya Litva və Aİ-yə qarşı sərt tədbirlər görəcək. Məsələnin həlli çox uzun çəkdi", - deyə Zaxarova bildirib.

Qeyd edək ki, NATO-nun üzvü olan Litva Aİ-nin sanksiyalarına məruz qalan malların öz ərazisindən Baltikyanı eksklava və oradan tranzitinə qadağa qoyub.