“Deməli, Qərb üçün bu əlverişsiz vəziyyətdən aşkar çıxış yolu var” “Deməli, Qərb üçün bu əlverişsiz vəziyyətdən aşkar çıxış yolu var”

Rusiyadan taxıl iddiası: Qoy Qərb hesabatlar dərc etsin

“Deməli, Qərb üçün bu əlverişsiz vəziyyətdən aşkar çıxış yolu var”

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Avropa İttifaqı (Aİ) ölkələrini Ukrayna taxılının yoxsul ölkələrə çatdırıldığını sübut edən cədvəl dərc etməyə çağırıb.

Zaxarova həftəlik mətbuat konfransında Ukraynadan taxıl daşınması və taxıl müqaviləsi ilə bağlı açıqlamalar verib.

Ukraynadan taxıl daşınmalarının həyata keçirildiyi ölkələrlə bağlı Qərb və Rusiyada fərqli rəqəmlər səsləndirilməsi ilə bağlı suala cavab olaraq Zaxarova qeyd edib ki, daşınan məhsulları Aİ ölkələrinə çatdıqdan sonra Qərbin zəif adlandırdığı Asiya və Afrika ölkələrinə yenidən göndərmək mümkündür: “Deməli, Qərb üçün bu əlverişsiz vəziyyətdən aşkar çıxış yolu var. Cədvəl dərc etsinlər. Gəminin İtaliyaya necə gəldiyi, İtaliya üçün nə qədər taxıl boşaldıldığı və daha sonra hansı ölkələrə getdiyi barədə adi bir şəkil çəkmək olar. Daha asan nə ola bilər?".

Züriyə Qarayeva