- Rusiya və İran
- 3 Yanvar 2021 21:09
- 5 886
Rusiyada ağır yol qəzası: 8 ölü, 3 yaralı
Bu barədə “TASS”a Respublika Daxili İşlər Nazirliyindən bildirilib
Rusiyanın Tuva Respublikasında ağır yol-nəqliyyat hadisəsi nəticəsində 8 nəfər həlak olub.
AzNews.az xəbər verir ki, bu barədə “TASS”a Respublika Daxili İşlər Nazirliyindən bildirilib.
Hadisə R-257 “Yenisey” yolunun 953-cü kilometrliyində qeydə alınıb. İki minik avtomobilinin toqquşması nəticəsində yeddi nəfər hadisə yerində, daha bir nəfər isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Respublikanın Səhiyyə Nazirliyindən “TASS”a bildirilib ki, üç nəfər xəstəxanaya yerləşdirilib. Yaralılardan biri ağır vəziyyətdədir.