- Rusiya və İran
- 28 İyun 2021 10:07
- 9 548
Moskvada rekord istilər qeydə alınıb

İyunun 27-də Moskvada rekord isti qeydə alınıb
Rusiya paytaxtında anomal isti hava şəraiti hökm sürür.
AzNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, iyunun 27-də Moskvada rekord isti qeydə alınıb.
Ölkənin hidrometeorologiya mərkəzindən verilən məlumata görə, termometrlər 33.6 dərəcəni göstərib.
Qeyd olunub ki, bu 2013-cü ildən bəri qeydə alınan ən yüksək göstəricidir.
Mütəxəssislər şəhərdə havanın daha da isinəcəyini mümkün sayır və yeni rekord istilər barədə xəbərdarlıq edirlər.