Zaxarova Böyük Britaniyanı Ukraynada eskalasiyanı artırmaqda ittiham edib

Böyük Britaniya Ukraynada münaqişənin eskalasiyasını gücləndirmək istəyir.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Böyük Britaniya Müdafiə Nazirliyi London və Riqanın “dronların koalisiyasına” rəhbərlik edəcəyini açıqlayıb. Buraya İsveç, Danimarka, Almaniya, Litva, Estoniya və Hollandiya da daxildir. Kiyevə “minlərlə” PUA-nın verilməsi planları açıqlanıb. Göründüyü kimi, London münaqişənin səviyyəsini bir daha yüksəltmək və onun eskalasiyasını gücləndirmək üçün səbirsizdir”, - Xarici İşlər Nazirliyinin saytı onun şərhindən sitat gətirib.

O qeyd edib ki, Böyük Britaniya açıq şəkildə Ukraynanı Rusiya ərazisinin dərinliklərindəki hədəfləri vurmağa sövq edir. Zaxarova Rusiya Silahlı Qüvvələrinin (RF Silahlı Qüvvələri) buna öz cavabını verəcəyini bildirib.

Mövsüm

Aznews.az