İran XİN: İsrailin yeni hücumu halında ölkə saniyələr ərzində cavab verəcək

İsrail yeni hücum cəhdi edərsə, İran saniyələr ərzində cavab verəcək.

Bu barədə İran XİN rəhbərinin müavini Əli Baqiri Kani bildirib.

Onun sözlərinə görə, İsrailin hücumu halında Tehran yəhudi dövlətinə keçmişlə müqayisədə qat-qat güclü zərbə vuracaq.

“İsrail İran torpağına toxunmağa çalışarsa, şübhəsiz ki, əvvəlki ilə müqayisədə daha güclü zərbə alacaq. Əgər o, növbəti səhvə yol verərsə, cavab güclü və dərhal olacaq və günlərlə və ya saatlarla deyil, saniyələrlə ölçüləcək”, - deyə Əli Baqiri vurğulayıb.

Mövsüm

Aznews.az