- Rusiya və İran
- 6 May 22:02
- 1 104
Moskvaya yenidən dron hücumu olub

Moskvaya yenə dron hücumu olub.
Aznews.az xəbər verir ki, bu barədə şəhər meri Sergey Sobyanin bildirib.
Onun sözlərinə görə, Moskva istiqamətində uçan üç PUA vurulub.
Dronların Moskva vilayəti ərazisində vurulduğu bildirilib.
Yerli sakinlər hava hücumundan müdafiə qüvvələrinin fəaliyyəti və rabitə əlaqəsində kəsintilərin müşahidə olunması barədə məlumat verirlər.
Moskvanın Vnukovo və Domodedovo hava limanları PUA hücumu təhlükəsi ilə əlaqədar müvəqqəti bağlanıb. Hava limanları reysləri qəbul etmir və göndərmir.