Müğənnilər Məhəmməd üçün bir araya gəldilər - Fotolar

Kəskin Limfoblastik Leykemiya (qan xərçəngi) xəstəliyindən əziyyət çəkən Məhəmməd Musazadə üçün xeyriyyə konserti təşkil olunub.


Səməd Vurğun adına Rus Dram Teatrında baş tutan "Məhəmməd üçün" adlı xeyriyyə aksiyası çərçivəsində məşhur müğənnilər səhnəyə çıxıblar.

Konsert proqramında Röya, Natavan Həbibi, Roza Zərgərli, Emil Bədəlov, Samira, Yaşar Cəlilov, Ceyhun Qala, Xuraman Şuşalı, Əbdul Xalid, Sadiq Məmmədov və Sevinc Musayeva çıxış ediblər. Mərasimdə diqqət çəkən məqam isə, müğənni Roza Zərgərlinin ianə qutusu ilə konsert zalını dolaşıb yardım toplaması olub.

Əməkdar artist Röya bildirib ki, xeyriyyə aksiyalarına dəvətlərə tərəddüd etmədən qatılır:

"Heç kimin xəstə olmasını istəmirəm. Allah bütün balalarımızı qorusun. İşlərimlə əlaqədər olaraq bəzən vaxtım olmur. Lakin çalışıram ki, bu cür tədbirlərdə iştirak edim. Deyə bilərəm ki, xeyriyyə məqsədi ilə keçirilən tədbirlərə dəvət gələndə qatılmaq üçün heç vaxt tərəddüd etmirəm".

Qeyd edək ki, hazırda Məhəmməd Türkiyənin paytaxtı Ankara şəhərində yerləşən Hacettepe Universitetinin xəstəxanasında müalicə olunur. Onun sağalması üçün 70 min dollar lazımdır.

5 yaşlı balacanın hesabına MilliÖn vasitəsilə birbaşa ianə köçürmək mümkündür. Bunun üçün aşağldakı sıralamanı davam etməyiniz kifayətdir:

MilliÖN aparatı - Bank Standart - Debet kartına mədaxil -Müştəri İD-s;485638 - Doğum tarixi 1993/12/24 - Təsdiq- ödə.









Musavat.com