“Mən “qoyun olun” deməmişəm” - Elza Seyidcahan

Son vaxtlar daha çox qeyri-adi şeirləri ilə gündəmə gələn əməkdar artist Elza Seyidcahan son şeirinin təhrif olunaraq mətbuata təqdim edildiyini bildirib.


AzNews.az xəbər verir ki, bu barədə müsavat.com-a açıqlama verən bəstəkar-müğənni yazdığı "Yaz bayramı" şeirində "qoyun olun" ifadəsinin ona aid olmadığını deyib:

"Başımdakı güllər olan fotoya baxıb yaz əhval ruhiyyəsində "Yaz bayramı" şeirini yazmışdım. Onu da bəziləri bilə-bilə yazıblar ki, "qoyun olun". Mən heç zaman insanları təhqir edib demərəm ki, "qoyun olun. Demişəm "qoyun olum". Bu sözün çox mənası var, yəni qoyun insan olum, adam olum, gözəl olum, xanım olum. Bunlar isə yazıb ki, "qoyun olun".

Özləri hər zaman insanları təhqir etmək istəyib axı... Əvvəla, qoyun pis heyvan deyil, müqəddəs heyvandır. Sonra da ki, niyə sən camaata "qoyun olun" deməlisən?"
Musavat.com əməkdar artistin "Yaz bayramı"
şeirini olduğu kimi təqdim edir:

"Qıvrım saçlarımı alıb
etdiz qaynaq dinmədim
Qaşlarınızı tatuaş elədiz
mənim kimi silmədiz,
Gözlərimin rəngin aldız,
linza etdiz, gəlmədim,
Burnunuzu etdiz kurnos,
Dediz, mənim burnum sunos
Nosdu, dosdu,
Allah verən paydı, tosdu.
Götürün məni bu güllərlə
sizin olum,
Həyatınızda bülbüllərlə
cəh-cəh vurum,
Şirin olum.
Çiçək olum kəlmənizdə,
Gülüşünüzdə şimşək olum,
Olum, olum,
Balan olum
Oyun olum
İşi tamam qoyun olum
Qoyun olum, qoyun olum,
Gözəllik onun
doqquzu donun
Həyat onsuz bir-bir oyun,
İşi tamamdır bir xoyun,
İndi deyəcəksiz onun?
Lap elə bunun.
Bu gün mənimdir,
Çal toyum
Dodaqlarım püstələnən
Süstələnən
Bir soyumdur
Çünki ordan
dürr tökülər,
Nur süzülər,
O dodaqdan, dodaqlara
qəlbimizə, təblərimizə
Süzə-süzə içimizə,
hissimizə.
Gəldi bahar bayramı
Səsləndi yaz bayramı
Şənləndi saz bayramı
Caz bayramı
Qoz bayramı
Qaz bayramı".