- Türkiyə
- 21:12
- 852
Naxçıvan Ordusunun bölmələri “Heydər Əliyev-2026” təlimlərində iştirak etmək üçün Türkiyəyə gedib - FOTO
Naxçıvan Muxtar Respublikasının hərbi bölmələri Türkiyəyə səfər edib.
Aznews.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, bölmələr 14-cü Mexanikləşdirilmiş Piyada Briqadasının komandanlığında keçiriləcək “Heydər Əliyev-2026” təlimlərində iştirak edəcək.
Bildirilir ki, Türkiyənin 5-ci Sərhəd Briqadasının şəxsi heyəti Həsrət körpüsündə Azərbaycan hərbçilərini qarşılayıb və bayraq mərasimi təşkil olunub.