8 Martda 7000 manatlıq hədiyyə alan müğənni kimdir?

Müğənni İradə İbrahimova 8 Mart Qadınlar günü ilə bağlı maraqlı açıqlama verib. Sənətçi Lent.az-a deyib ki, həyat yoldaşı Ceyhun onu özəl hədiyyələri ilə hər zaman təəccübləndirib.

"Mənim üçün ideal təbrik həyat yoldaşımın alnımdan öpüb, dediyi ürək sözləri olur. Həyatımda bundan dəyərli hədiyyə ola bilməz. Həm bir ata, həm də həyat yoldaşı kimi bu səhər üzərinə düşəni etdi. Hədiyyəsi də var idi. Biri qucaq dolu qızıl güllər və sevdiyim bir əşya... Qızımıza isə yaşına görə, sevdiyi oyuncaqları almışıq".

Xanəndə İlahə İbadova da təbrik yağışına tutulan sənətçilərdəndir. Ötən gecədən gözəl sözlərlə dəyərləndirilən sənətçi özəl hədiyyəsini də alıb. Amma mahiyyətini açmaq istəmədi, "özəl qalsın" dedi. Xanəndənin özünün ilk təbrik etdiyi şəxs isə anası və qızı Ayan olub.

Tarzən və müğənni Humay Qədimova yaxın aylar üçün planlaşdırdığı yaradıcılıq işinin həllinə başı qarışdığı bir vaxtda fanatlarının təbrik mesajları onu işindən ayırıb. Sənətçi qucaq dolu qızıl güllər və hədiyyələr almaqda davam edir. İlk təbrik və hədiyyəsini isə tələbələrindən aldığını söylədi. Sənətçi bayram günü bir neçə teleproqramda canlı efirdə olacağını dedi.

Ən bahalı hədiyyəni gənc müğənni Sima Qasımova alıb. Müğənniyə naməlum bir şəxs "Vertu" markalı telefon hədiyyə edib. 7000 manat dəyərində olan bu hədiyyənin sahibini tanımayan Sima onu qəbul etməkdə tərəddüd edir.